Azərbaycan UEFA reytinqində 29-cu PİLLƏDƏ

13:45 02.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq.

Hafta.az xəbər verir ki, Avropa futbol qurumunun əmsallar cədvəlində ölkələrin yenilənmiş reytinqi açıqlanıb.

Azərbaycan hazırda 17.125 əmsala malikdir. Ukrayna (17.600) 28-ci, Bolqarıstan (15.875) 30-cu olub.

Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.